ABŞ-dan kənarda ABŞ istiqrazlarının ən böyük alıcısı olan yapon institusional investorları, FED-in balansı azaltma əməliyyatının gündəmə gəlməsinin ardından ABŞ istiqrazlarını azaltmağa qərar verdi.

ABŞ Federal Ehtiyat Sistemi (Fed) pul siyasətini sərtləşdirməyə başlayıb. Marja.az xəbər verir ki, bununla əlaqədar olaraq ABŞ istiqrazlarının ən böyük alıcısı olan yapon investorları ABŞ istiqrazlarını satırlar.

BMO Capital Markets-in məlumatlarına görə, Yapon institusional (korporativ) investorları son üç ayda təxminən 60 milyard dollarlıq istiqraz satıblar.

Bununla belə, yapon investorlarının 1,3 trilyon dollarlıq istiqraz portfeli var. BMO strateqi Ben Jeffery sözügedən satış rəqəminin ciddi olduğunu vurğulayıb.

Fed-in 1994-cü ildən bəri ən aqressiv faiz artıracağı gözləntiləri ilə ABŞ istiqraz bazarında qiymətlər zirvələrdədir.

İnvestorlar, Fed rəsmilərinin iyun ayında keçiriləcək iclasda faiz dərəcəsini 0,75 baza bəndi artıracağına böyük ehtimal verirlər. Faiz dərəcələrinin 3 faizdən 6 faizə yüksəldiyi 1994-cü ilin sonunda faizi 0,75 bənd artırmasından sonra Fed belə bir addım atmayıb. Faiz dərəcələri mart ayında 0,25 bənd artırılaraq 0,25-0,50% aralığına qaldırılıb.

İyun fyuçers svop müqavilələri may və iyun aylarında faizin 1.00 bənd artırılacağına işarə edir.