Türkiyə lirəsi dollar qarşısında ucuzlaşaraq rekordunu yeniləyib.

APA-Economics” “Bloomberg“ə istinadən xəbər verir ki, Dollar/TL məzənnəsi 18.17 məzənnəsini keçərək 18.1750 lirəni görüb. Bu isə 2022-ci il üzrə ən yüksək göstəricidir.

Hazırda Türkiyə Mərkəzi Bankı dolların alışını 18.1176 lirə, satışı isə 18.1503 lirə məzənnəsi ilə həyata keçirir.