Sentyabrın 7-də Tokio Fond Birjasında Yaponiyanın 225 aparıcı şirkətinin səhmlərinin məzənnəsini özündə əks etdirən “Nikkei” indeksi son beş ayda ilk dəfə 30 min həddinə çatıb.

AZƏRTAC xəbər verir ki, həmin gün səhər sessiyası zamanı “Nikkei” indeksi əvvəlki günlə müqayisədə 235 bənd artaraq 29894,92 bəndində qərarlaşıb. Bildirilir ki, bu, apreldən bəri keçirilən hərraclar zamanı ilk dəfə həmin indeksin 30 min bəndinə yaxınlaşmasıdır.

Bazar analitiklərinin bildirdiyinə görə, investorlar Yaponiyada koronavirus pandemiyası ilə əlaqədar vəziyyətin sabitləşəcəyi barədə xəbərlər fonunda səhmləri almağa başlayıblar. Çoxları Yoşihide Suqanı əvəz edəcək yeni Baş nazirin iqtisadiyyatın bərpası ilə bağlı lazımi tədbirlər görəcəyinə inanır.