Çinin, ölkə xaricində səhm satan texnologiya şirkətlərinə qarşı başlatdığı istintaqlardan sonra “ByteDance” şirkəti də xaricdəki səhm satışı planını təxirə saldı.

Marja xəbər verir ki, Tiktok-un sahibi olan “ByteDance” şirkəti, Çin hökumətinin məlumat təhlükəsizliyinə fokuslanılması xəbərdarlığını nəzərə alaraq ölkə xaricində səhmlərin kütləvi təklifi planını təxirə salıb.

Şirkətə, dekabr ayında təmin etdiyi maliyyələşmə zamanı 180 milyard dollar ətrafında dəyər qoyulmuşdu. Digər Çin şirkətləri Didi və LinkDoc da hökumətin xəbərdarlıqlarını nəzərə alaraq səhm satışı planlnı təxirə salmışdır.

LinkDocun səhm satışına Morgan Stanley, Bank of America və China International Capital Corp vasitəçilik edəcəkdi və şirkətin 211 milyon dollara qədər sərmayə cəlb etməsi planlaşdırılırdı.