Beynəlxalq kredit reytinqi agentliyi “S&P Global Ratings” “Twitter Inc” şirkətinin “B-” səviyyəsində uzunmüddətli emitent kredit reytinqini “onu saxlamaq üçün kifayət qədər məlumat olmadığı üçün” geri götürüb.

Marja xəbər verir ki. bu barədə agentliyin press-relizində deyilir.

“S&P Global Ratings bu gün reytinqi saxlamaq üçün kifayət qədər məlumatın olmaması səbəbindən Twitter Inc.-in “B-” səviyyəsində  uzunmüddətli kredit reytinqini geri götürüb”, – agentliyin açıqlamasında bildirilir.

Twitter oktyabrın sonunda üçüncü rübün maliyyə hesabatını açıqlamalı idi.

Oktyabr ayında Elon Musk Twitter-i əldə etmək üçün 44 milyard dollarlıq müqaviləni bağlayıb.