Yaponiyanın “SoftBank” holdinqi Çinin “Alibaba” internet korporasiyasına demək olar ki, bütün səhmlərini satıb. Bu barədə “The Financial Times” (FT) istinadən yazıb. “FT”nin məlumatına görə, satılan payın dəyəri 7.2 milyard dollar olub. Bu xəbərin yayılmasından sonra “Alibaba”nın səhmləri 5% ucuzlaşıb.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“SoftBank” 2000-ci ildən Alibaba””da əhəmiyyətli bir paya sahib olub. Keçən il holdinq öz payını aktiv şəkildə azaltmağa başlayıb – məsələn, avqustda o, payını 23.7%-dən 14.6%-ə endirib. Mütəxəssislərin fikrincə, “Alibaba”da payın satışı digər məsələlərlə yanaşı, “SoftBank”ın öz problemləri ilə də bağlıdır – o, son vaxtlar mütəmadi olaraq pul itirir, holdinq 2022-ci ili 60 milyard dollar zərərlə başa vurub.

Bundan əlavə, hələ 2021-ci ildə “Softbank” hökumətin İT şirkətlərinə təzyiqi səbəbindən Çinə investisiyaları azaldacağını açıqlamışdı. Bundan bir qədər əvvəl Çin tənzimləyiciləri “Alibaba” ilə bağlı araşdırma başlatmışdı.