Hasilat həcminə görə dünyanın ən böyük neft şirkəti olan “Saudi Aramco” sukuk istiqrazlarını beynəlxalq institusional investorlar arasında yerləşdirərək 6 milyard ABŞ dolları həcmində vəsait cəlb edib.

“Report” xəbər verir ki, şirkətin açıqlamasına görə, həmin istiqrazlar 2024-cü, 2026-cı, 2031-ci illərdə ödəniləcək üç tranşla buraxılıb. Həmin istiqrazların hansı layihələrlə bağlı yerləşdirildiyi göstərilmir. İstiqrazlara tələbin təklifi 20 qat üstələdiyi bildirilir.