Dünən ABŞ-ın fond indeksi koronavirus pandemiyası başlanandan bəri ən kəskin şəkildə azalıb.

AZƏRTAC xəbər verir ki, “Dow Jones Industrial Average” indeksi 2020-ci ildən bəri ən güclü artımdan cəmi 24 saat sonra bu ilin əvvəlindən bəri ən kəskin şəkildə azalıb. Avropa fond indeksləri əsasən ümumi neqativ fonda azalıb. Federal Ehtiyatlar Sisteminin (FES) sədri Cerom Pauell çərşənbə günü bəyan etmişdi ki, mərkəzi bank növbəti iclasda faiz dərəcələrinin 0,75 faiz bəndi qədər artırılmasını “fəal müzakirə etmir”. Pauellin bu şərhindən sonra Uoll-Stritdə yaranmış eyforiya heçə enib. Hazırda inflyasiya 1980-ci illərin əvvəlindən bəri ən yüksək səviyyədədir. Ona görə də maliyyə bazarlarında belə artım gözlənilən idi. Faiz dərəcələrinin daha ləng artırılması ehtimal edilir. Bu səbəbdən, mayın 4-də günün ikinci yarısında səhmlərin alışı fəallaşıb.