Qlobal bazarlarda nəzərlər ABŞ Mərkəzi Bankı Fed-in yığıncağına çevrilib. 

Marja xəbər verir ki, keçən həftə ABŞ-ın inflyasiyasında 13 ilin zirvəsini əks etdirən rəqəmlərə baxmayaraq bazarların zəif pul siyasəti gözləntisi davam etmişdi.

Ötən həftə üç ayın ən aşağı səviyyəsinə  geriləyən ABŞ-ın 10 illik istiqraz faizi bu həftə çərşənbə günü açıqlanacaq Fed qərarı əvvəli yeni həftədə yüksəlib, səhm bazarları aşağı həcmlə “dalğalanır”.

16 İyun 2021-ci il tarixində (Çərşənbə günü) keçiriləcək növbəti yığıncaqda Fed-in faiz dərəcəsini 0,25%-də saxlayacağı gözlənilir.

İnvestorlar Fed-dən ultra zəif pul siyasətinin davamı istiqamətində şərhlər gözləyirlər.

Fed faiz qərarını 16 İyun, Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq.