Dollara artan tələbat qiyməti daha da ucuzlaşdıracaq – PROQNOZ

Ən qiymətli metallardan olan qızılın qiyməti son günlərdə dünya birjalarında sürətlə ucuzlaşıb.

Marja xəbər verir ki, ötən bazar günü 1 unsiyası 1677 dollara qədər düşən qiymət son 4 ayın ən aşağı nəticəsini göstərib.

Bugün səhər 1740 dollar/unsiyaya qədər özünü qismən bərpa etsə də, qızılın qiyməti ilin əvvəlindəki rekorddan – 1 unsiyaya görə 1900 dollardan aşağıdır. Analitiklər 3 əsas səbəb göstərir: dollara sürətlə artan tələbat, ABŞ-da iş yerlərinin sayı və əmək haqqının həcmində artım, 10 illik istiqrazların tədricən artan gəlirlilik dərəcəsi.

Ən iri özəl bank olan UBS, Avstraliyanın Commonwealth Bankı və digər şirkətlər bildirir ki, son həftədə Asiya bazarlarında dolların sürətlə alışı və əvəzində qızıl satışı, bu 2 dəyər daşıyıcısı arasında olan tərsinə nisbət (dollar digər valyutalara qarşı güclənəndə qızıl ucuzlaşır və ya əksinə) əsas hərəkətverici qüvvədir.

İqtisadi ekspertlər həm də sürətli iqtisadi artım səbəbindən ABŞ Mərkəzi Bankının (Fed) uçot dərəcəsini hazırkı sıfır faizdən nisbətən qaldıra biləcəyini istisna etmir. Bu hal da qızılın qiymətini aşağıya çəkən lokomotivlərdən biri olacaqdır.