Qırğızıstanın maliyyə bazarlarına nəzarət və tənzimlənməsi üzrə dövlət xidməti kriptovalyuta birjalarının tənzimlənməsi qaydalarına dair layihə hazırlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, sənəd ticarət platformalarının statusunu, funksiyalarını, hüquq və vəzifələrini, həmçinin onların vahid dövlət reyestrində məcburi qeydiyyatına dair tələbləri müəyyən edir.

Layihə həmçinin terror fəaliyyətinin maliyyələşməsinə və çirkli pulların yuyulmasına qarşı mübarizə məsələlərində birjaların məsuliyyətini nəzərdə tutur.

Qeyd edilir ki, yeni qaydalar kriptovalyuta sahiblərinin risklərini azaldacaq və bazara ixtisaslı investorları cəlb etməyə imkan verəcək.