Milli Depozit Mərkəzi bu il iyun ayında ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.

“Report”un məlumatına görə, ötən ay qurum ümumilikdə 126 investor üzrə 55,6 milyon manat və 653 min ABŞ dolları ödəniş edib.

Ödənişlər Maliyyə Nazirliyi, “Unibank” ASC, “PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi – “PAŞA Yatırım Bankası”, “AzerGold” QSC, “Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) və “Ferrum Kapital” MMC həyata keçirilib.