ABŞ-ın “Meta” korporasiyasının səhmləri son 10 ildə ən aşağı rüblük gəlir artımını qeyd etməsinə baxmayaraq (7 faiz – 7,91 milyard dollar) 13 faiz bahalaşıb.

Trend xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata əsasən, “Meta”nın qiymətli kağızlarının dəyərinin kəskin artması şirkətin aktiv istifadəçilərlə bağlı dərc olunan rüblük hesabatının analitiklərin ilkin hesablamalarını üstələməsi ilə bağlıdır.