2024-cü ilin II rübündə Milli Depozit Mərkəzi tərəfindən həyata keçirilən qiymətli kağızlar üzrə ödənişlərin ümumi məbləği 1 mlrd. 438,7 milyon manat və 32 milyon 682,3 min ABŞ dolları təşkil edib.
Trend bu barədə MDM-ə istinadən xəbər verir. Milli Depozit Mərkəzi Azərbaycan Mərkəzi Bankının notları üçün 798,7 min manat, dövlət istiqrazları üçün əsas məbləğ üzrə 492,5 min manat, kupon üzrə isə 95,9 milyon manat ödəniş həyata keçirilib.
Mərkəzi depozitar investorlara korporativ istiqrazlar üçün əsas məbləğ üzrə 48,25 milyon manat, 30 min ABŞ dolları, kupon üzrə isə 3,3 milyon manat, 2,68 milyon dollar ödəniş edib.
Ümumi yanaşmada Milli Depozit Mərkəzi investorlara əsas məbləğ üzrə 1.339.450.000 AZN və 30.000.000 ABŞ dolları kupon üzrə isə 99.246.627 AZN, 2.682.344 ABŞ dolları məbləğində vəsait ödəyib.