London Metal Birjasında (LME) ticarət zamanı alüminiumun bir tonunun qiyməti 21 oktyabr 2021-ci il tarixindən bəri ilk dəfə olaraq 3 min ABŞ dollarını ötüb.

APA-Economics” birja məlumatlarına istinadən xəbər verir ki, ticarət zamanı alüminiumun qiyməti 3 007,5 dollara çatıb. Bakı vaxtı ilə saat 15:00-da alüminiumun bir tonu 3 002 dollara ticarət olunurdu.