Kriptovalyuta birjası “Genesis”, FTX kriptovalyuta birjasının çökməsindən sonra likvidlik problemləri yaşayır və tezliklə iflas elan edə bilər. 

Marja xəbər verir ki, bu barədə bazar ertəsi Bloomberg vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, şirkət onu təxminən 1 milyard dollar məbləğində vəsaitlə təmin edə biləcək investorları cəlb etməyə çalışır. Lakin “Genesis” bu məlumatı rəsmən təsdiqləməyib.