“Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

“Report”un əldə etdiyi məlumata görə, yığıncaqda Bankın imtiyazlı səhmlərinin sahiblərinə dividend ödənilməsinə qərar verilib.

Qərara əsasən, “Kapital Bank”ın 265,85 milyon manatlıq nizamnamə kapitalının 60 milyon manatlıq hissəsini təşkil edən 4 842 615 ədəd imtiyazlı səhmin hər birinə görə onun nominal dəyərinin (12,39 manat) 15 %-i qədər – 1,8585 manat dividend ödəniləcək. Beləliklə, dividend ödənişinin ümumi məbləği 9 milyon manat təşkil edəcək.

Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə yaradılıb. Bankın səhmlərinin 81,08 %-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 18,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.