Honkonq birjası Çinin elektron ticarət nəhəngi “Alibaba”nın listinqini ikinci dərəcəlidən birinci dərəcəliyə çevirmək təklifini təsdiqləyib. Konvertasiyanın bu ilin sonuna qədər baş tutacağı gözlənilir.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

“Bloomberg” agentliyinin daha əvvəl yazdığı kimi, ilkin listinq “Alibaba”ya Şanxay və Şenjen birjaları ilə “Stock Connect” investisiya proqramına daxil olmağa imkan verəcək ki, bu da materik Çindəki yüz milyonlarla investorun şirkətin qiymətli kağızlarına birbaşa çıxışını təmin edəcək.

İlkin listinq həmçinin Vaşinqton və Pekin ABŞ tənzimləyicilərinə Çin şirkətlərinin maliyyə hesabatlarına giriş icazəsi vermək barədə razılığa gələ bilməsələr, şirkətin kağızını Nyu-York Fond Birjasından delistləşdirməyə məcbur etməkdən qoruyacaq.