Hindistan rupisi bu gün bir ABŞ dollarına qarşı orta hesabla 80 vahidə düşüb ki, bu, müşahidələr tarixində valyutanın minimum dəyəridir. Qeyd edək ki, həmçinin Bombey Fond Birjasının indeksi düşüb – 966.68 bənd (1.64%). Digər Hindistan indeksi olan “NSE Nifty” isə 283.90 bənd enib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Valyuta konyukturası ABŞ Federal Ehtiyat Sisteminin siyasəti ilə bağlıdır. Onun sədri Jerome Powell daha əvvəl ABŞ tənzimləyicisinin aşağı inflyasiyanı qaytarmaq üçün sərt monetar üsullara əl atmaq niyyətini açıqlamışdı. Bunun fonunda ABŞ dolları indeksinin artımı və digər valyutalara nisbətən möhkəmlənməsi qeydə alınır.