Tanınmış iqtisadçı Mohamed El-Erian, FED-in bu gün faiz artırmağı təxirə salsa, böyük səhv edəcəyi barədə xəbərdarlıq edib.
Tanınmış iqtisadçı Mohamed El-Erian bazar ertəsi “Financial Times” məqaləsində xəbərdarlıq edib ki, faiz artırmağı dayandırmaq ABŞ mərkəzi bankı (FED) qarşısındakı üç variantdan “potensial olaraq ən az arzuolunan” ola bilər.
Marja xəbər verir ki, əksər investorlar FED-in çərşənbə günü faizlərini sabit saxlayacağını, sonra isə iyulda yenidən artıracağını gözləyirlər. Mohamed El-Erianın sözlərinə görə, investorlar, FED-in iyun iclasının çərşənbə günü başa çatacağı zaman potensial səhvə yol verməsinə hazır olmalıdırlar.
FED İdarə Heyətinin bir sıra üzvü hesab edir ki, mərkəzi bank inflyasiya ilə “müharibəni” dayandırmaqdan əvvəl daha altı həftə iqtisadi məlumatları müşahidə etməlidir. Yəni bu gün faiz artırılmayıb fasilə verilsin, İyul iclasınada iqtisadi məlumatlardan asılı olaraq qərar qəbul edilsin.
PIMCO-nun keçmiş direktoru El-Eriana görə, FED 14 İyun – 25 iyul müddətində çox az şey öyrənə bilər.
El-Erian qeyd edib ki, ABŞ-ın əmək bazarı “isti” qalmaqdadır. Buna görə FED faizlərini yenidən artırmalıdır.