Dünyanın ən böyük aktivlərin idarə edilməsi şirkəti olan BlackRock-un baş direktoru Larri Fink, ABŞ iqtisadiyyatındakı artımı nəzərə alaraq bazarların FED-dən həddən artıq çox faiz endiriminə qiymət verdiyini söyləyib.
Dünyanın ən böyük aktivlərin idarə edilməsi şirkətinə görə, bazar ABŞ Mərkəzi Bankı (FED) haqqında yanlış fikirdədir.
Marja xəbər verir ki, “BlackRock” aktivlərinin idarə edilməsi şirkətinin baş direktoru Larri Finkin fikrincə, bazarların FED-dən bir neçə faiz endirimi gözləməsi yanlışdır.
Berlin Qlobal Dialoq Konfransında Bloomberg-ə müsahibə verən Fink, bazarlarda faiz endiriminə dair gözləntilərin yüksək olduğuna diqqət çəkərək, “Fed-in daha çox faiz azaltması üçün yer olduğuna inansam da, bazarların nəzərdə tutduğu qədər çox olduğunu düşünmürəm”,- deyib.
Valyuta bazarlarında, Fed-in noyabr ayında 0,50 faiz bəndi endirim edəcəyi ehtimalı 33 faiz ətrafında qiymətləndirilir.
FED, ABŞ iqtisadiyyatındakı risklərə görə sentyabr ayında faiz dərəcələrini 0,50 faiz bəndi endirib. Beləliklə, FED 2020-ci ildən bəri ilk dəfə faiz dərəcələrini azaldıb.
Mövcud hökumətin siyasətlərinin dezinflyasiyadan çox inflyasiyaya istiqamətli olduğuna diqqət çəkən Fink, bu ehtimalın reallaşmasının çətin olduğunu qeyd edərək əlavə edib: “İqtisadiyyatda həm çətin sahələr var, həm də yaxşı sahələr. Məncə, pis sahələrə çox diqqət yetirilir”,- deyib.
Fink, ABŞ iqtisadiyyatının 2-3 faiz arasında böyüməyə davam edəcəyini proqnozlaşdırır.