2022-ci ilin birinci sessiyasının nəticələrinə əsasən əhəmiyyətli enişdən sonra qızılın qiyməti sabitləşib. Enişə səbəb səhm bazarlarındakı və “US Treasuries”in gəlirlərindəki yüksəliş səbəb olub.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,2 % bahalaşıb. Ötən gün isə qiymətli metalın dəyəri 1,6 % və ya 28,5 ABŞ dolları düşərək, 1 unsiyası 1  min 800,1 ABŞ dollarına satılıb.