Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş məlumatlara görə, 2023-cü ilin yanvar-iyun aylarında ölkədə 5 milyard 500 milyon manat dəyərində dövlət istiqrazları, Mərkəzi Bankın 1 milyard 740 milyon manat dəyərində notları, 668,4 milyon manat dəyərində korporativ istiqrazları, 229,8 milyon manat dəyərində səhmlər dövlət qeydiyyatına alınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda Mərkəzi Bankın 1 milyard 514,9 milyon manatlıq notları, 1 milyard 15 milyon manatlıq dövlət istiqrazları, 849,7 milyon manatlıq korporativ istiqrazları və 107,3 milyon manatlıq səhmlər yerləşdirilib.

2023-cü ilin yanvar-iyun aylarında nominal dəyəri Mərkəzi Bankın 357,8 milyon manat olan notları, 325,7 milyon manatlıq korporativ istiqrazları, 296,3 milyon manatlıq dövlət istiqrazları və 114,5 milyon manatlıq səhmlər tədavüldə olub.