İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 10 nəqliyyat vasitəsi özəlləşdirilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hərracda bəzi avtomobillərə edilən təklif start qiymətindən çox olub. Belə ki, “Traktor MTZ-82” markalı texnika 1000 manat ilkin qiymətlə təklif olunsa da, sonda 5 min manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə linki https://clck.ru/35bQhv vasitəsilə tanış olmaq mümkündür.
Sentyabrın 11, 12, 14, 19 və 26-da keçiriləcək hərraclara 109 əmlak çıxarılacaq.