Dollar indeksində sentyabr ayından etibarən davam edən aşağı istiqamətlənmiş kanalın daxilində “buğalar” və “ayılar”ın mübarizəsi davam edir. Hazırda 104 bənd hədlərində qərarlaşan DXY 103.50 bənd səviyyəsindəki dəstək həddinin altına düşsə və “ayılar” qiyməti bu səviyyənin altında saxlaya bilsələr, kanalın aşağı sərhəddi – 100 bənd səviyyəsi test edilə bilər. Əksinə “buğalar” 106 bənd səviyyəsində “ayılar”ın müqavimətini dəff etməyi bacarsalar, DXY-110 bənd hədlərinə kimi yüksələ bilər.

Milad həftəsi olması səbəbilə birjalarda yaşanan durğunluq və ticarət həcmlərinin azlığı isə prosesin daha da uzanmasına səbəb olur..

İlin son həftəsində dollar indeksinin geriləməsi və növbəti il üçün ehtimalların qaranlıq olması səbəbindən qızıla tələb artır. Təhlillərə əsasən hazırda 1807$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1810$ həddini qırsa, 1825$-a kimi bahalaşa bilər.

Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin  Analitika Departamenti tərəfindən hazırlanıb.