Bu gün Honkonq fond birjasında Çinin video oyun istehsalçılarının səhmləri kəskin ucuzlaşıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, internet nəhəngi “Tencent”in səhmləri 10,8%, “NetEase”nin səhmləri 15,7%, “BiliBili”nin səhmləri isə 14,3% dəyər itirib.

Ucuzlaşmaya səbəb dövlətə məxsus “Sinxua” agentliyinin nəzarətindəki “Economic Information Daily” qəzetində dərc olunan məqalədə onlayn oyunların tənqid olunaraq “onlayn narkotika” adlandırılması olub.