Çində dövlətin dəstəyi ilə milli NFT bazarı yaradılacaq. Verilən məlumata görə, o, kriptovalyutalarla əlaqəli olmayacaq.

Banker.az xəbər verir ki, bu bazarda hesablaşma yalnız rəqəmsal yuanla həyata keçiriləcək.

Qeyri-işlək tokenlər və onların həyata keçirilməsi üçün lazım olan marketpleyslərin yaradıcısı Çin hakimiyyətinin dəstəklədiyi BSN blokçeyni olacaq.

Qeyd edək ki, NFT-lər və onlarla əlaqəli hər şey Çində qadağan edilməyib. 2021-ci ilin sentyabrından ölkə ərazisində kriptovalyuta tranzaksiyaları qadağan olunub. Eyni zamanda rəqəmsal aktivlərin istifadəsi və kriptovalyuta mayninqi qeyri-qanuni hesab olunmağa başlayıb.