Çin yuanı ucuzlaşdırır. Məzənnə 6,8698 yuana düşüb.

Çin Xalq Bankı (mərkəzi bank) bazar ertəsi renminbinin (Çin milli valyutasının rəsmi adı) dəyərini 212 bənd də aşağı salaraq 1 dollar qarşısında 6,8698 yuan müəyyən edib.

Marja.az xəbər verir ki, bu barədə bankın saytında yerləşdirilən məlumatda deyilir.

Tənzimləyicinin statistikasına əsasən, bu, 28 avqust 2020-ci il tarixindən bu yana yuanın dollar qarşısında minimum dəyəridir.

Çin Xalq Bankı pandemiya zamanı (29 may 2020-ci ildə) yuanın dollara nisbətdə dəyərini 2008-ci ilin fevralından bəri ən aşağı səviyyəyə – bir dollar üçün 7,1316 yuana endirmişdi. Lakin bundan sonra milli valyuta ABŞ dollarına qarşı tədricən möhkəmlənməyə başlamış və 2021-ci il ərzində bir dollar üçün 6,35-6,57 yuan səviyyələrində olmuşdu.