Bakı Fond Birjasında (BFB) 2023-cü ilin yanvar-avqust ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 12,929,431,627 manat təşkil edib.

APA-Economics” BFB-nın yaydığı məlumata istinadən xəbər verir ki, bununla da ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% böyümə qeydə alınıb.

Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızların ilkin bazarı üzrə ticarət həcmində 28%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 72% böyümə qeydə alınıb, repo əməliyyatları üzrə 110% artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 10 dəfə artım qeydə alınıb.

Cari ilin avqust ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 4,944,573,317 manat təşkil edib və ötən ilin son ticarət günü ilə müqayisədə 21% böyümə qeydə alınıb.