Bu gün Bakı vaxtı ilə saat 22:00-da ABŞ Mərkəzi Bankı (Fed) faiz qərarını açıqlayacaq. 22:30-da Fed sədrinin mətbuat konfransı başlayacaqdır.

Marja xəbər verir ki, Fed-in faizində dəyişiklik etməyəcəyi – 0,25%-də dəyişməz saxlayacağı gözlənilir.

Sərmayəçilər yığıncaqdan sonra Fed-in qiymətli kağız (aktiv) alış proqramı ilə əlaqədar bir mesaj verilib verilməyəcəyinə fokuslanıb. İnvestorlar Fed sədri Jerome Powell-ın mətbuat konfransında açıqlamalarını yaxından izləyəcəklər.

ABŞ Mərkəzi Bankı Fed-in 2023-cü ilə qədər faizləri artırması gözlənilmir. Amma investorlar Fed-in qiymətli kağız alışı proqramı ilə əlaqədar bir mesaj verib verməyəcəyilə maraqlanırlar. Sərmayəçilər çərşənbə günü keçiriləcək yığıncaqda, ötən 15 ayda hökuməti və sərmayəçiləri nəhəng qiymətli kağız alış proqramı ilə dəstəkləyən Fed-in bunu nə qədər davam etdirəcəyi ilə əlaqədar bir ipucu axtaracaqlar.

Son zamanlarda qızılın qiymətinin bir qədər düşməsi Fed-in pul siyasətini yaxında sərtləşdirməyə başlayacağına dair narahatlıqlar ilə əlaqədardır. ABŞ dollarında ən kiçik güclənmə qiymətli metal üzərində təzyiq yarada bilir. Əgər Fed qiymətli kağız alışı proqramını azaldacağı barədə mesaj verəsə qızıl ucuzlaşa, proqramın uzun müddət davam edəcəyinə işarə edərsə bahalaşa bilər.

Fed keçən ilin Mart ayında etdiyi faiz endirimin ardından təşkil etdiyi bütün yığıncaqlarında faizdə bir dəyişikliyə getməmişdir.

Bu gün Fed faiz qərarı ilə bərabər iqtisadi proqnozlarını da yayımlayacaq. Fed rəsmiləri bir əvvəlki hesabatda ABŞ-ın iqtisadi artım proqnozunu 2021-ci il il üzrə 6,5%, 2022-ci il üzrə 3,3% olaraq təxmin etmişdi.