Bu gün ABŞ Mərkəzi Bankı (FED) Bakı vaxtı ilə saat 22:00-da faiz qərarını açıqlayacaq, saat 22:30-da isə FED sədrinin mətbuat konfransı başlayacaqdır.

Marja xəbər verir ki, əsas diqqət faiz dərəcələrini daha 0,25 faiz bəndi artıracağı gözlənilən ABŞ Mərkəzi Bankının (FED) bu gün başa çatacaq iclasının yekununa yönəlib. FED-in faizlərinin yuxarı həddini 5,00%-dən 5,25%-ə yüksəldəcəyi proqnozlaşdırılır.

Bazarlar iqtisadi fəaliyyətin pisləşməsilə əlaqədar olaraq FED-in bu gün də artırdıqdan sonra faiz yüksəltmək dövrünə fasilə elan edəcəyinə inanırlar.

Dünən ABŞ, Böyük Britaniya və Avrozonada zəif istehsal və fabrik sifarişləri barədə statistik məlumatlar açıqlanıb. Açıqlanan statistik məlumatlar yüksək faiz dərəcələri fonunda iqtisadi aktivliyin daha da “soyuduğunu” göstərir.