“Bittrex Inc.” kriptobirjası iflas üçün müraciət edib. Qərar ABŞ səlahiyyətliləri platformanı qeyri-leqal fəaliyyətdə ittiham etməsindən üç həftə sonra qəbul edilib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Kirptobirja aprelin sonunda ABŞ-da fəaliyyətini dayandırdığını elan edib, lakin bu, ABŞ-dan kənarda müştərilərə xidmət göstərən “Bittrex Global”ın fəaliyyətinə təsir etməyəcək. Şirkət qeyd edir ki, aprelin sonuna qədər amerikalı müştərilərin kriptovalyutaları birjada saxlanılıb.

“Bittrex” kriptobirjası “CoinMarketCap”ın ən yaxşı kriptovalyuta birjaları reytinqində 62-ci yerdədir. Aprelin ortalarında ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası şirkətə və onun keçmiş baş direktoru Uilyam Şikhara qarşı ittihamlar irəli sürüb. Səlahiyyətlilər birjanın kripto aktivlərini qiymətli kağızlar kimi satdığına inanırlar.