“Binance”nin qurucusu Changpeng Zhao kibercinayətkarlara və terrorçu qruplara dünyanın ən böyük kriptovalyuta birjasında sərbəst ticarət etməyə icazə verən pozuntulara görə həbs olunduqdan sonra cümə günü Kaliforniyadakı islah müəssisəsindən azad edilib.

47 yaşlı Zhao noyabr ayında 2017-ci ildə Şanxayda fəaliyyətə başlayan və hər il trilyonlarla dollarlıq ticarət əməliyyatlarını həyata keçirən “Binance” birjasında çirkli pulların yuyulması proqramını həyata keçirməməkdə günahını etiraf edib. Qeyd edək ki, dünyanın ən populyar kriptovalyuta birjasının təsisçisi dörd ay həbsdə qalıb.

Zhao çirkli pulların yuyulması və sanksiya qanunlarının pozulması ilə bağlı bir sıra ittihamlar daxil olmaqla, işi həll etmək üçün “Binance” 50 milyon dollar cərimə ödəməyə razı olub. Razılaşmanın bir hissəsi olaraq Zhao “Binance”nin baş direktoru vəzifəsindən istefa verib və artıq şirkətdə rəhbər vəzifə tutmaq hüququna malik deyil.

Hökmdən əvvəl Zhao qeyri-kommersiya onlayn təhsil platforması olan “Giggle Academy” adlı yeni bir müəssisə elan edib. Zhao noyabr ayında istefa verəndə təşəbbüskar sahibkarlar üçün “məşqçi/mentor kimi xidmət etməyə” hazır olduğunu qeyd edib.