Son zamanlar kripto dünyada bəd xəbərlər arda-arda gəlməkdədir.

Əvvəl “Luna” və onun stabil koini UST-nin çöküşü daha sonra dünyada TOP-da olan kripto birja FTX-in çöküşü baş verdi.

Çox maraqlıdır ki, bu yaxında kripto birjaların FTX-in rezervlərini yoxlayan audit şirkətlərinin bağlanışından sonra “Binance”ın rezervlərini yoxlayan audit şirkətləri də bağlandı.

Bundan başqa “Reuters” bildirmişdi ki, ABŞ Ədliyyə Nazirliyi dünyanın ən böyük kriptovalyuta birjası “Binance” ilə bağlı araşdırma aparır.

Əlavə olaraq, informasiya agentliyi “Binance” 2022-ci ildə 10 milyard dollardan çox qeyri-qanuni ödənişlər qəbul edib və tənzimləyicilərdən “qaçmağa” çalışdığını xəbər vermişdi.

Bütün bunların fonunda “Binance” birjasının əsas koini BNB 400$ qiymətindən 220$ a kimi ucuzlaşıb. Hal hazırda 247$ civarında əməliyyat olunur.

“Binance” birjasının 1$-a bərabər “stable coin” i isə 23 milyard dollarlıq bazar kapitalizasiyasından 18 milyard dollara kimi düşüb, yəni BUSD 1 ay müddətində 5 milyard dollar birjalardan çıxarılıb.

Bütün bunlar hamısı həm 2023-cü ilin resessiya ili olacağına dair həmdə kripto birjalara olan inamın azalmasına görə baş verir.

Yuxarıda yazdıqlarım hamısı fundamental xəbər fonunda baş verir.

Texniki olaraq isə bilirsizki bitkoin ABŞ fond bazarı ilə çox böyük korelasiyaya (uyğunluğa) malikdir.

ABŞ fond bazarında 2023-cü ildə hadisələr çox pis cərəyan etməlidir və ABŞ-ın ən böyük Fond indexi SP500 hələ bundan sonra bir çox böyük bankların proqnozuna görə 30% düşməlidir.

Bu da kriptoların 2023-cü ildə ciddi şəkildə ucuzlaşacağından xəbər verir.

Hədəf olaraq bitkoin ən azı 9 200 $ qiymətinə kimi ucuzlaşmalıdır ( texniki olaraq ).

Bitkoində ucuzlaşma 50% olarsa, o zaman altkoinlər daha çox 60-70% hətta 80-90% da ucuzlaşa bilərlər.

Tarixi statistikalara baxsaq görə bilərik ki, əvvəlki illərdə TOP 10-da olan kriptolardan çox az sayda kriptolar sağ qala bilib. Növbəti ildə də TOP10 siyahısına düşə bilir.

Bunu nəzərə alaraq demək olar ki TOP kriptolardan bir çoxları artıq pik həddlərinə çatmayacaqlar və uzun qış yuxusuna gedəcəklər.

Nizami Qorçubəy
Kriptovalyuta üzrə analitik

Banker.az