“Binance” kriptobirjası bir neçə aydır düşdüyü çətin vəziyyətə görə işçilərini ixtisar etməyə başlayıb. İxtisarların həcmi hələ məlum deyil, lakin hələ mart ayında şirkət əlavə 500 yeni işçi işə götürmək niyyətində idi.

Ekspertlər bunu Şimali Amerika tənzimləyicilərinin bir neçə araşdırmasından sonra başlayan problemlərlə əlaqələndirirlər. “Financial Times”ın məlumatına görə, bu araşdırmalar sayəsində bu birjanın bütün kriptovalyuta ticarətində bazar payı son üç ayda 57.5%-dən 43%-ə qədər azalıb.

Mart ayında ABŞ Əmtəə Fyuçers Ticarət Komissiyası (CFTC) “Binance” və onun təsisçisi və baş direktoru Changpeng Zhaoya qarşı iddia qaldırıb. Tənzimləyici onları ABŞ-ın bir sıra qaydalarını, o cümlədən çirkli pulların yuyulmasına qarşı mübarizəni pozmaqda ittiham edir. Bundan sonra istifadəçilər cəmi bir həftə ərzində birjadan 2.1 milyard dollar çıxarıblar.

Bildirilir ki, Kanada tənzimləyiciləri araşdırmanın başlanması barədə bildirişi mayın 10-da birjaya verib.