“Binance” İndoneziyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Tokocrypto”nu rəsmi olaraq satın alıb. Bu barədə dekabrın 19-da İndoneziyanın “Coindesk” xəbər saytı “Binance”ın mətbuat xidmətinə istinadən bildirib.

“CoinDesk Indonesia”nın məlumatına görə, “Tokocrypto” biznes bölmələrinə diqqət yetirməyi planlaşdırır, buna görə də birjadan kənar biznes bölmələrinin fəaliyyətini dayandırır. Bu dəyişikliklərlə əlaqədar işçilərin təxminən 58%-nin ixtisar olunacağı gözlənilir.

Bununla birlikdə, kriptobirja “bu keçid dövründə təsirə məruz qalan işçilərə tam dəstək verəcəyini” vəd edib.

“Tokocrypto” – İndoneziyanın ilk kriptovalyuta treyderidir. “Binance” kriptobirjası 2020-ci ildən başlayaraq ona investisiya edir. 2022-ci ildən isə “Tokocrypto”dakı payını tədricən demək olar ki, 100%-ə çatdırmağı hədəf alıb.

Banker.az