Azərbaycan Mərkəzi Bankından lisenziya almış “TRONİ İnvestisiya Şirkəti” QSC “Bakı Fond Birjası”na (BFB) üzv seçilib.

APA-Economics” xəbər verir ki, bu barədə BFB-dən bildirilib. Məlumata görə, bununla da birjanın üzvü olan investisiya şirkətlərinin sayı 12-ə çatıb.

Qeyd edək ki, ötən il dövlət qeydiyyatına alınan investisiya şirkətinin nizamnamə kapitalı 360 min manat, qanuni təmsilçisi isə Mübariz Əmiraslanovdur.