Bu ilin yanvar-aprel aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 5 mlrd 773,5 mln manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 92,2 % çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,5 dəfə artaraq 3 711 olub.

BFB-nin dövriyyəsinin 66,7 %-i, yaxud 3 mlrd 852,5 mln manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 2,4 dəfə çoxdur.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 6,4 dəfə azalaraq 138,027 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 3,5 dəfə artaraq 1 mlrd 782,9 mln manat olub.