Bakı Fond Birjasında 2024-cü ilin yanvar-sentyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 37 milyard 73 milyon 41,6 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə çoxdur.

Bu barədə “APA-Economics”ə BFB-dən bildirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 66%, dövlət qiymətli kağızların ilkin bazardakı ticarət həcmində isə 14% böyümə qeydə alınıb, repo əməliyyatları üzrə 246% artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 3837% artım qeydə alınıb. 2024-cü ilin Sentyabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 6 milyard 78 milyon 841,2 min manat təşkil edib.