Bu ilin yanvar-oktyabr aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 50 milyard 333,701 milyon manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 6,2 dəfə artaraq 65 158 olub.

BFB-nin dövriyyəsinin 85,1 %-i, yaxud 42 milyard 832,968 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 3,8 dəfə çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 19,4 % azalaraq 5 milyard 572,044 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 63 % artaraq 1 milyard 928,689 milyon manat olub.