2023-cü ilin yanvar-iyul ayları ərzində Bakı Fond Birjasının (BFB) ümumi dövriyyəsi 9 mlrd. 777 mln. 82,198 min manat təşkil edib.

Bu barədə “APA-Economics”ə BFB-dən bildirilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% çoxdur. Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 27%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 39% böyümə qeydə alınıb, repo əməliyyatları üzrə 61% artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 9 dəfə artım müşahidə edilib.

Ümumilikdə 2023-cü ilin iyul ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 4 mlrd. 900 mln. 144,490 min manat təşkil edib və ötən ilin son ticarət günü ilə müqayisədə 20% böyümə qeydə alınıb.