Bu ilin yanvar-mart aylarında “Bakı Fond Birjası”nın (BFB) dövriyyəsi 17,84 milyard manat təşkil edib.
“APA-Economics” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,4 dəfə çoxdur.
Bu dövrdə bağlanmış əqdlərin sayı isə 7 450-yə yüksəlib. Bu isə son bir ildə 2,4 dəfə artım deməkdir.
BFB-nin dövriyyəsinin 93,7 %-i və yaxud 16,7 milyard manatı repo əməliyyatlarının payına düşüb. Repo əməliyyatları bu dövrdə 3,4 dəfə artıb.
Hesabat dövründə, dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 9,6 dəfə azalaraq 228,1 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 92,3 % artaraq 900,63 milyon manat olub.