“Bakı Fond Birjası” QSC 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” xəbər verir ki, BFB ötən ili 270 min manat xalis zərərlə başa vurub. Birja 2020-ci ili isə 826 min manat xalis mənfəət ilə bağlamışdı.

Qeyd edək ki, 2020-ci ildə “Bakı Fond Birjası”nın əqdlər üzrə tarif gəlirləri 1 milyon 983 min manat ikən, 2021-ci ildə 1 milyon 796 min manata enib. Digər xidmət gəlirləri 2020-ci ildəki 215 min manatdan 2021-ci ildə 89 min manata kimi azalıb.