25 iyun 2021-ci il saat 11.00-da Bakı şəhəri, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 7 nömrəli ünvanda “Suraxanı Bazar” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir.

Marja xəbər verir ki, gündəlikdəki məsələlər – Cəmiyyətin 2019-2020-ci illər üçün maliyyə – təsərrüfat fəaliyyəti haqqında hesabatı, cəmiyyətin illik dividend paylarının bölünməsi haqqında və digər məsələlər daxildir.

Dividend – şirkətin səhmdarlarına xalis mənfəətdən düşən paydır.