Azərbaycanda 2022-ci ilin ilk yeddi ayı ərzində banklar əhalidən 10 milyard 583.68 milyon nağd şəkildə rus rublu alıblar. Bu da 175 milyon ABŞ dolları ekvivalentindədir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Rus rublunun banklar tərəfindən alışı 2021-ci ilin eyni dövründən 1 milyard 213.08 milyon rubl, yaxud 13% çoxdur.

Bunun əvəzində isə banklar əhaliyə 1 milyard 252.18 milyon rubl həcmində cəmi nağd rus rublu satıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Qərb Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edir. Nəticədə isə, rublun məzənnəsi volatil olaraq hərəkət etməkdədir. Hazırda USD/RUB 60.27 səviyyəsindədir.

4224234423