Çinin elektron ticarət nəhəngi Alibaba-nın səhmləri analitiklərin proqnozlarına uyğun gəlməyən rüblük hesabatdan sonra cümə günü 10%-dən çox ucuzlaşıb.

Marja xəbər verir ki, bunu Honq Konq Birjasının məlumatları göstərir.

Hərracların açılışından sonra Alibaba-nın qiymətli kağızları 10,13% ucuzlaşaraq 140,2 Honq Konq dollarına (18 dollar) düşüb.

İnvestorlar cümə axşamı açıqlanan gözləniləndən də pis korporativ hesabatlardan məyus olduqlarını bildiriblər. Alibaba-nın üçüncü rübdə gəliri 29% artaraq 200,69 milyard yuana (31,44 milyard dollar), əməliyyat gəliri isə illik müqayisədə 10% artaraq 15,006 milyard yuana (2,329 milyard dollar) çatıb. Lakin bu rəqəmlər analitiklərin proqnozlarına uyğun gəlmir.

Gəlir artım templəri son altı rübdə ən aşağı səviyyədə olub.

Həmçinin Şirkət cari maliyyə ili üçün gəlir proqnozunu da azaldıb.