Sentyabrın 1-dən etibarən “Alibaba Group” satıcılardan Tmall və Taobao platformalarında təsdiqlənmiş hər bir əməliyyat üçün 0,6% texniki xidmət haqqı almağa başlayacaq.
Marja xəbər verir ki, bu qərar şirkətin səhmlərinin bahalaşmasına səbəb olub.
Hazırda satıcılarısabit illik rüsum ödəyir. Yeni qaydalar sentyabrın 1-dən qüvvəyə mindikdən sonra bu ödəniş ləğv olunacaq və əvəzində təsdiqlənmiş hər bir əməliyyat üçün 0,6% texniki xidmət haqqı alınacaq.
“Jefferies Financial Group”un analitikləri hesab edirlər ki, yeni tədbir Alibaba-nın əsas satış gəlirlərini artıracaq və səhmlərin bahalşması bu tədbir ilə bağldır.
Alibaba, satıcılar üçün xidmət haqqında “faiz yoluna” keçməkdə gecikən e-ticarət platformasıdır. Məsələn, Çin e-ticarət şirkəti PDD Holdings 2020-ci ildən başlayaraq satıcılardan texniki xidmət haqqı almağa başlayıb. JD.com və ByteDance kimi platformalar keçən il satıcılar üçün oxşar ödəniş sxemi tətbiq ediblər.