ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artması fonunda qızıl ucuzlaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,05% və ya 0,85 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 826,45 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçersləri isə 0,09% ucuzlaşaraq, 1 unsiyası 23,227 ABŞ dolları səviyyəsinə düşüb.

ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyi 1,754% səviyyəsinə çatıb.

Bundan başqa, investorlar ABŞ-ın Federal Ehtiyatlar Sisteminin monetar siyasətin sərtləşdirilməsi və baza faiz dərəcəsinin artırılması haqqında siqnallarını izləyirlər.