Cümə axşamı ABŞ Fond Bazarında hərraclar korporativ kotirovkaların əhəmiyyətli dərəcədə artması ilə başa çatıb. Bu artım Amerikada ÜDM-in gözlənilmədən azalmasını üstələyib.

AZƏRTAC xəbər verir ki, Dow Jones sənaye indeksi (DJIA) 1,85 faiz artaraq 33.916,39 bəndə, yüksək texnoloji şirkətlərin NASDAQ indeksi 3,06 faiz artaraq 12.871,53 bəndə, “S&P 500” geniş bazar indeksi 2,47 faiz artaraq 4.287,5 bənddə çatıb. Meta şirkətinin qiymətli kağızları hərracda drayver qismində çıxış edərək 17,59 faiz bahalaşıb.

Bu şirkət Facebook sosial şəbəkəsinin gündəlik fəal istifadəçilərinin sayını 4 faiz artırıb və cari ildə xərclərin əvvəl proqnozlaşdırılan 90-95 milyard dollara bərabər məbləğini 87-92 milyard dollara endirib. Mikrosxemlər istehsalçısının səhmləri 9,7 faiz bahalaşıb. Bundan əvvəl şirkətin rüblük gəliri analitiklərin proqnozlarından çox olub.