Çinin telekommunikasiya operatoru “China Telecom” Şanxay fond birjasında səhmlərinin yerləşdirilməsi üçün tənzimləyicilərin icazəsini alıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, listinq zamanı şirkət 8,4 milyard ABŞ dolları (54,4 milyard yuan) cəlb etməyi planlaşdırır. Nəticədə bu, 2021-ci ilin ən böyük yerləşdirməsi olacaq.

Emissiya prospektinə əsasən şirkət 12,09 milyard A sinifli adi səhmlər satmaq niyyətindədir. Bu, onun səhmlərinin təxminən 13 %-nə bərabərdir.

Xatırladaq ki, yarım il əvvəl Nyu-York fond birjası “China Telecom”, “China Unicom Hong Kong” və “China Mobile”ın məcburi delistinq prosseduruna start verib.